Bakı klubları yığma oyunçularını bir-bir yola salır - FOTO
05.06.2013 - 14:28
Azərbaycan klubları Hollandiya millisinin voleybolçuları ilə bir-bir vidalaşmaqda davam edirlər. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in Debbi Stam, Manon Flier və Karolina Vensinklə yeni müqavilə imzalamaqdan imtina etdikdən sonra “Lokomotiv” də Maret Qrotueslə yollarını ayırıb.
25 yaşlı hollandiyalı artıq özünə yeni komanda da tapıb. 4-cü zona oyunçusu olan Qrotues karyerasını Fransanın məşhur “Kann” klubunda davam etdirməyə yaxındır. Tərəflər arasında razılıq əldə olunub və voleybolçu bu həftə rəsmi müqaviləyə imza atmalıdır.
Qeyd edək ki, Maret “Lokomotiv”ə son mövsümün ortasında maliyyə çətinliyi yaşayan İtaliya “Giaveno”sundan gəlmişdi.

0
0