Rafael Nadal Fransada səkkizinci tituluna yiyələndi
09.06.2013 - 19:56
Rafael Nadal Fransada səkkizinci tituluna yiyələndi
“Böyük Dəbilqə” seriyasından olan tennis üzrə kişilər arasında Fransanın açıq çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Roland Qarros” turnirinin həlledici görüşündə iki ispaniyalı idmançı - Rafael Nadal ilə David Ferrer qarşılaşıb.

Parisdə ümumi mükafat fondu 21 milyon 17 min avro təşkil edən turnirin finalında Nadal həmyerlisini üç setdə üstələməyi bacarıb - 6:3, 6:2, 6:3.

Bununla da, o, karyerası ərzində “Roland Qarros” turnirinə səkkizinci, “Böyük Dəbilqə” seriyasından olan yarışlara isə on ikinci dəfə sahib olub.

Rafael daha əvvəl Fransada 2005, 2006, 2007, 2008, 2010, 2011 və 2012 illərdə qalib gəlib. Ümumilikdə isə Nadal “Böyük Dəbilqə” seriyasından olan yarışlarda 8 dəfə çempion olan ilk tennisçi ünvanına yiyələnib.

Daha əvvəl isə bu göstərici Rocer Federerə aid idi. O, “Uimbldon”da yeddinci dəfə çempion olmuşdu.