“Azəryol”da yeni müqavilə
10.06.2013 - 10:57
“Azəryol”da yeni müqavilə
“Azəryol” daha bir voleybolçusu ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, yeni ildən “Azərreyl” adlanacaq komanda yaponiyalı Akiko İnonu heyətdə saxlamağa qərar verib. 27 yaşlı libero ilə 1 illik yeni anlaşma imzalanıb.

Maraqlıdır ki, İnonun yeni mövsümdən əsasən azərbaycanlı gənclərin yığışacağı “Azərreyl”də deyil, “Azəryol”da oynaması da istisna deyil. Çünki ötən il də “Azərrreyl”ə transfer olunan asiyalı mövsümün gedişində ikinci komandaya göndərilmişdi.