Millimizin daha bir oyunçusundan yeni müqavilə - FOTO
11.06.2013 - 12:17
Yeni mövsümdə iddialı olmağı planlaşdıran “Azəryol” heyətinə Azərbaycan millisinin daha bir voleybolçusunu cəlb edib. Apasport.az saytının məlumatına görə, ikinci komandasının adı ilə beynəlxalq arenaya çıxacaq sabiq “Azərreyl” Odina Əliyeva ilə müqavilə imzalayıb. 23 yaşlı voleybolçu 2013/2014 mövsümündə Ancelo Vercesinin başçılıq edəcəyi “Azəryol”un uğurları üçün çalışacaq.
Bununla da bakılıların heyətində yerli oyunçuların sayı 5-ə çatıb. Komanda rəhbərliyi daha öncə yığmamızın üzvlərindən Oksana Porxomenko, Kseniya Kovelenko, Yana Ağayeva və Valeriya Korotenko ilə müqavilə bağlayıb. Onlardan əlavə, ulduz voleybolçu Tom Loqan (ABŞ) da “Azəryol”a transfer olunub.
Qeyd edək ki, Əliyeva əslində ötən ili də “Azəryol”da oynayıb. Lakin Bakı təmsilçisinin əsas komandası ilə adını dəyişdiyindən bu il “Azərreyl” adlanacaq.

0
0