Natalya Məmmədova “7-lik”də
11.06.2013 - 14:17
Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiyanın “Omiçka” klubu növbəti mövsüm üçün heyətini tam komplektləşdirib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi gedən-gələn oyunçuların adlarını açıqlayıb.
Belə ki, Çempionlar Liqasında debüt edəcək “Omiçka” ötən mövsümdən Natalya da daxil olmaqla 7 voleybolçusunu saxlayıb. Tarixində ilk dəfə Super Liqanın bürünc medalını qazanan komanda Nelli Alişeva, Yelena Boyarkina, Yuliya Podskalnaya, Boyana Jivkoviç və Olqa Sajina ilə yollarını ayırıb.
Omsklular Olimpiya mükafatçısı olan kubalı Nensi Karrilyo, habelə Marina Babeşina, Anatasiya Kornienko, Yuliya Kutyukova və Anastasiya Şlyaxovanı heyətinə qatıb. Gənclər komandasından Yuliya Panova əsas komandaya keçirilməklə 13 nəfərlik heyət formalaşdırılıb.
Qeyd edək ki, baş məşqçi postunda serbiyalı Zoran Terziçi saxlayan “Omiçka” istirahətdən iyulun 15-də çıxaraq, avqustda Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.

0
0