“Azərbaycan millisindən qətiyyən qorxmuruq”
11.06.2013 - 16:12
Qadın voleybolçulardan ibarət Belarus millisinin baş məşqçisi Viktor Qonçarov yenicə vəsiqə qazandıqları Avropa çempionatının final mərhələsi barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Rusiya, Xorvatiya və Azərbaycanla yer aldıqları C qrupundakı rəqiblərini dəyərləndirib.
Belə ki, qitə çempionatının II mərhələsində Azərbaycana hər 2 görüşdə uduzan Qonçarov bu dəfə vətənində verdiyi müsahibəsində iddialı danışıb: “Final mərhələsində rəqiblərimizdən Xorvatiya ilə vaxtaşırı Avropa Liqasında uğurlu ev və səfər qarşılaşmaları keçirmişik. Bu yığmanın məşqçilərinin hansı heyəti yığa biləcəyi vacibdir. Azərbaycandan isə ötən ilin payızında seçmə mərhələnin II mərhələsində 2 məğlubiyyət almışıq. Hərçənd, bu rəqibdən qətiyyən qorxmuruq. Bəli, onu düşünmək istəyirsən ki, biz də əvvəlki komanda deyilik. Əlbəttə, Rusiya ilə bizə daha çətin olacaq”.
Qrup mərhələsindən çıxmağa can atacaqlarını deyən Qonçarov “qurbanları” sırasına yığmamızın da adını salıb: “Ehtimal edirəm ki, bu vəzifənin yerinə yetirilməsi üçün 1 - ya Xorvatiya, ya da Azərbaycan üzərində qələbə də bəs edəcək. Amma hesabla məşğul olmaq yaxşı deyil. Sadəcə, qələbə qazanmağa çalışmaq lazımdır. Bunu etmək elə də çətin olmayacaq. Axı, bizim üçün ən əsas Avropa çempionatına düşmək idi. Bu məqsədə isə uğurla nail olduq”.
Qeyd edək ki, Belarus Slovakiyaya “Qızıl set”də qalib gələrək, final mərhələsinə yüksəlib. Həlledici oyunlar isə sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçiriləcək.

0
0