“Azəryol”da yeni amerikalı - FOTO
12.06.2013 - 17:33
“Azəryol”da yeni amerikalı - FOTO
“Azəryol” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ikinci komandasının adı ilə beynəlxalq arenaya çıxacaq sabiq “Azərreyl” ABŞ millisindən daha bir voleybolçunun keçidini həll edib.

Bu, orta sahə oyunçusu Cessika Consdur. 187 sm boya malik 27 yaşlı şimali amerikalı Bakı təmsilçisinin heyətinə Puerto-Rikonun “Lançeras” klubundan gəlib. Bu ölkə ilə yanaşı, Avstriyanın da çempionu olan Cessika “Azəryol”la 1 illik anlaşıb.

O, 2011-ci ildən heyətinə cəlb olunduğu millisi ilə Panamerika Oyunlarının finalçısı olub.

Qeyd edək ki, “Azəryol” Consdan öncə yığmadakı komanda yoldaşı Tom Loqanı transfer edib. Bakı təmsilçisi həmçinin, yığmamızın üzvlərindən Oksana Parxomenko, Kseniya Kovelenko, Yana Ağayeva, Odina Əliyeva və Valeriya Korotenko ilə müqavilə bağlayıb.