“Rabitə”nin yeni transferi “5” aldı
15.06.2013 - 16:03
Qadın voleybolçular arasında Avropa Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunun Türkiyədə baş tutan ilk turunda ev sahibləri Macarıstan millisi ilə qarşılaşıb. “Ay-ulduzlular”ın 3:2 (20:22, 21:14, 15:21, 21:13, 15:6) hesabı ilə qələbə qazandıqları matçda “Rabitə”nin yeni transferi Dora Horvat da meydanda olub. O, uduzmalarına baxmayaraq, “ay-ulduzlular”dan 5 xal alıb.
Qrupun digər qarşılaşmasında Rumıniya Bolqarıstanla üz-üzə gəlib. Matçda birincilər 3:2 (19:21, 21:16, 21:19, 14:21, 15:12) hesabı ilə qalib gəliblər. Bolqarıstan millisinin əsas liberosu olan “Lokomotiv”in voleybolçusu Mariya Filipova görüşü əvəzolunmadan keçirib.
B qrupunun görüşlərinə isə Belçika ev sahibliyi edir. Burada “İqtisadçı”nın oyunçusu Lenka Dürr Almaniya millisinin heyətində yer alıb. Universitet komandasının yeni liberosu İsrailə 3:0 (21:14, 21:13, 25:23) hesabı ilə qalib gəldikləri qarşılaşmanın hər 3 setində meydanda olub. Qrupun ikinci görüşündə isə Belçika Serbiyanı məğlub edib – 3:1 (20:22, 21:8, 21:11, 21:18).

0
0