Braziliyada etirazçıların sayı durmadan artır
18.06.2013 - 03:05
Braziliyada etirazçıların sayı durmadan artır
Braziliyada Konfederasiyalar Kubokunun keçirilməsinə və xərclərin çoxalmasına qarşı etiraz edənlərin sayı durmadan artır. Apasport.az saytının məlumatına görə, San-Paulonun əsas küçəsində təxminən 30 min insan təntənəli yürüş təşkil edir.

Ölkə əhalisinin etirazı yalnız futbola qoyulan xərclərə qarşı deyil, həm də ictimai nəqliyyatda gediş haqqının artırılması olub. Bundan başqa, nümayişçilər təhsil və səhiyyə xərclərinin azaldılmasına da narazıçılıqlarını bildiriblər.

Polisin məlumatına görə, Rio-de-Janeyro küçələrinə 6 min, paytaxt Braziliyaya isə 5 min nəfər çıxıb. Aksiyalar ölkənin bir sıra - Belu-Orizonti, Fortaleze və Salvador şəhərlərində də davam edir.