Avrokuboklarda püşkün vaxtı açıqlandı
18.06.2013 - 14:22
Avrokuboklarda püşkün vaxtı açıqlandı
Avropa Voleybol Konfederasiyasının kuboku (CEV) və “Çelenc Cup”ın püşkünün atılacağı vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci və üçüncü dərəcəli yarışında komandalar rəqiblərini iyunun 20-də tanıyacaqlar.

Püşk Bakı vaxtı ilə saat 14:00-da Lüksemburqda atılacaq. Azərbaycanın “Azərreyl” və “Lokomotiv”lə təmsil olunacağı CEV kubokunda qadınlar və kişilərdən ibarət 32 komanda gücünü sınayacaq.

Qeyd edək ki, Bakı klublarının qatılmayacağı “Çelenc Cup”da isə (35 kişi, 28 qadın) 63 komanda qüvvəsini sınayacaq.