Məşhur oyunçu Azərbaycan çempionunun gücünə qiymət verdi - FOTO
19.06.2013 - 11:29
Məşhur oyunçu Azərbaycan çempionunun gücünə qiymət verdi - FOTO
Kazan “Dinamo”sunun voleybolçusu Yevgeniya Startseva “Rabitə” ilə Çempionlar Liqasındakı oyunlarını xatırlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu arxada qalan mövsümün 1/3 finalında uduzduqları Bakı klubunun gücünü bir daha etiraf edib.

Startsevanın sözlərinə görə, ulduzlar yığmasını təşkil edən “Rabitə”yə hər 2 matçda uduzmaq onlar üçün üzücü olub: “Çünki biz əsas gücümüzü məhz Çempionlar Liqasına qoymuşduq. “Rabitə”ni az qala dünya yığması kimi qələmə verirlər, yaxşı maliyyə imkanına malikdir. Dünyanın ən güclü voleybolçularını heyətlərinə cəlb ediblər. Bir sözlə, “Rabitə” yaxşı komandadır, istənilən halda məğlubiyyətimizdə özümüz günahkarıq”.

Qeyd edək ki, Kazanda “Dinamo”ya 3:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu Bakıda da rəqibini eyni hesabla məğlub edib.