Püşk avrokubokda Bakı klubuna “Partizan”ı rəqib etdi - YENİLƏNİB
20.06.2013 - 13:51
Bu gün Avropa Voleybol Konfederasiyasının kuboku (CEV) və “Çelenc Cup”ın püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da Lüksemburqda başlayan mərasimdə Azərbaycan klublarından “Lokomotiv” və “Azərreyl”in də rəqibləri bilinib.
Belə ki, CEV kubokunda Bakı təmsilçiləri Brno və Belqrad komandaları ilə qarşılaşacaqlar. “Lokomotiv” Çexiyanın “Brno”, “Azərreyl” isə Serbiyanın “Partizan” klubu ilə düşüb. 1/16 finaldan mübarizəyə başlayacaq klublarımızdan “Lokomotiv” ilk oyunda evdə, “Azərreyl” səfərdə çıxış edəcək.
Qeyd edək ki, ilk oyunlar oktyabrın 22-24-də, cavab matçları 1 həftə sonra olacaq.

0
0