Azərbaycana gəlmədi, İtaliyanı üstün tutdu - FOTO
20.06.2013 - 09:30
Azərbaycana gəlmədi, İtaliyanı üstün tutdu - FOTO
ABŞ millisinin toppaylayıcısı Karli Lloydun Azərbaycana gəlişi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı “İqtisadçı”nın maraq dairəsində olan 24 yaşlı toppaylayıcı artıq seçimini edib.

Lloyd İtaliya “Yamamay”ını “Konegliano”ya dəyişib. Ulduz voleybolçu A seriyasının iştirakçısı ilə 1 illik müqaviləyə də imza atıb.

Qeyd edək ki, “İqtisadçı” Çin millisinin toppaylayıcısı Vey Kiuyueni transfer etdikdən sonra Karli ikinci plana düşmüşdü.