“Azərbaycanda böyük təcrübə qazanacam” - MÜSAHİBƏ
21.06.2013 - 09:15
“İqtisadçı”nın yeni transferi Lenka Dürr vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin 23 yaşlı liberosu Bakı klubunu seçməsinə münasibət bildirib, sabiq komandası “Rote Raben” barədə danışıb.
- “İqtisadçı”ya keçidiniz necə alındı?
- Mən 2006/2007 mövsümündən “Rote Raben”də oynamışam. Bu komanda ilə 2 dəfə Almaniya çempionatının, 1 dəfə ölkə kubokunun qalibi olmuşam. 2009-cu ildə isə ilin oyunçusu nominasiyasında birinci yerə məni layiq biliblər. Artıq vətəndən kənarda oynamaq istəyirdim. Bu mənada Azərbaycandan gələn təklif məni çox sevindirdi.
- Bakı klubuna gedişinizlə karyeranızda ilk dəfə legioner həyatı yaşayacaqsız. Buna görə tərəddüd etmədiz ki?
- Yox. Düzdür, ilk dəfə Almaniya Liqasından kənarda oynayacam. Ancaq bu variant haqda uzun illər idi ki düşünürdüm və mövsüm bitdikdən sonra özümü xaricdə yoxlamağı qərara aldım.
- Komandanızın təmsil etdiyi Vilsbiburq şəhərini hansı hisslərlə tərk edirsiz?
- Mən “Rote Raben”də keçirdiyim vaxtdan həzz alırdım. Vilsbiburqda həm idmançı, həm də bir insan kimi püxtələşdim. Buna görə onlara çox minnətdaram.
- “İqtisadçı” barədə hansı məlumata maliksiz?
- Komanda ötən Azərbaycan Super Liqasını gümüş medalla başa vurub. Yeni mövsümdə Çempionlar Liqasında debüt edəcək. Bu mənim üçün böyük təcrübə, yeni çağırış olacaq. Çünki qitənin ən mötəbər yarışında aparıcı komandalar, ulduz voleybolçularla qarşılaşacağam.
- Millidəki çıxışınız barədə fikirləriniz də maraqlıdır...
- Avropa Liqasında 3 oyun keçirdik. İsrailə 3:0 hesabı qalib gəlsək də, ardından Belçika və Serbiyaya 2:3 hesabı ilə uduzduq. İndi bizi daha ciddi sınaq gözləyir. Çünki Avropa çempionatının final mərhələsinin iştirakçısı olacağıq ki, bu vətənimizdə keçiriləcək. Milli komandaya qoşulmağımı səbirsizliklə gözləyirəm.

0
0