Azərbaycan çempionunun yer aldığı səbət açıqlandı
24.06.2013 - 10:00
Azərbaycan çempionunun yer aldığı səbət açıqlandı
Qadın voleybolçular arasında Çempionlar Liqasının səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı yarışda təmsil edəcək “Rabitə” və “Azəryol” 3-cü, “İqtisadçı” ilə sonuncu “altılıqda” yer alıb.

Belə ki, burada klubların reytinqi deyil, ölkənin reytinqi əsas götürülüb. Bundan əlavə, maraqlıdır ki, eyni səbətlərdəki komandalar bir-birinə rəqib də ola bilərlər. Sonuncu səbətdə yarışa “wild card”la qatılan klublardır. Püşk isə iyunun 28-də atılacaq.

I səbət
“Vakıfbank”, “Əczaçıbaşı”, “Qalatasaray” (hər üçü Türkiyə), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Omiçka” (hər üçü Rusiya)

II səbət
“Atom”, “Tauron” (hər ikisi Polşa), “Kann”, “Beziers” (hər ikisi Fransa), “Pyaçentsa”, “Konegliano” (hər ikisi İtaliya)

III səbət
“Rabitə”, “Azəryol” (hər ikisi Azərbaycan), “Stiinta”, “Dinamo-Romprest” (hər ikisi Rumıniya), “Srvena Zvezda” (Serbiya), “Şveriner” (Almaniya)

IV səbət
“Volero” (İsveçrə), “Agel” (Çexiya), “Gent” (Belçika), “Yamamay” (İtaliya), “İqtisadçı” (Azərbaycan), “Dresdner” (Almaniya)

Qeyd edək ki, analoji yarışın son mövsümündə Azərbaycan çempionu “Rabitə” gümüş medal qazandığı halda, “Azəryol” (“Azərreyl”) pley-offda uduzmuşdu. “İqtisadçı” isə Çempionlar Liqasının debütantıdır.