Polina Rəhimova liderliyi ələ aldı
25.06.2013 - 09:01
Polina Rəhimova liderliyi ələ aldı
Qazaxıstanda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən beynəlxalq turnirdə Azərbaycan - “Lyaonin” (Çin) görüşünün ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, Pavlodarda təşkil olunan ilk turda Polina Rəhimova bombardir adını qazanıb.

O 1:3 hesabı ilə uduzmağımıza baxmayaraq, rəqibi 19 dəfə cəzalandırmağı bacarıb. Əsasən gənclərin meydana çıxdığı matçda komandamızın digər üzvlərindən Yana Ağayeva 15, Anastasiya Qurbanova 12, Kseniya Kovalenko 7, Odina Əliyeva 6, Ayşən Abduləzimova 3 və Natəvan Qasımova 1 xal toplayıb. Millimizdə libero kimi Ceyran Əliyeva oynayıb.

“Lyaonin”in heyətində isə Ni Yan daha məhsuldarlıq nümayiş etdirib. Onun 18 zərbəsi dəqiq olub.