Millimiz Qazaxıstanın ikinci yığmasına da uduzdu
25.06.2013 - 13:14
Qazaxıstanda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, ilk turda Çinin “Lyaonin” klubuna uduzan Azərbaycan millisi ikinci yarış günündə ev sahiblərinin ehtiyat yığması ilə qarşılaşıb.
Təəssüf ki, əsasını gənclər təşkil edən komandamız bu dəfə də məğlubiyyət acısı yaşayıb. Qazaxıstanın ikinci millisi voleybolçularımıza 1 set belə güzəşt etmədən qalib gəlib – 3:0 (25:20, 25:18, 25:21)
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri sabah ev sahiblərinin əsas yığması ilə oynayacaqlar.

0
0