Millimiz 6 komanda arasında 5-ci yerdə
26.06.2013 - 09:11
Qazaxıstanda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən beynəlxalq turnirdə II turun matçlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də qatıldığı yarışda artıq ikihakimiyyətlik yaranıb.
Belə ki, Faiq Qarayevin yetirmələrinə 3:0 (25:20, 25:18, 25:21) hesabı ilə qalib gələn ev sahiblərinin ikinci komandası top fərqinə görə birinci pillədə yer alıb. Komandamızın ardınca Belarus millisini də darmadağın edən ((3:0)27:25, 25:22, 25:7)) Çinin “Lyaonin” klubu da qazaxlar kimi 6 xala malikdir.
Günün digər qarşılaşmasında isə Rusiyanın “Uraloçka” komandasının ehtiyat oyunçuları Qazaxıstan millisi ilə gücünü yoxlayıb. Ev sahiblərinin əsas heyəti şimal qonşularımıza 3:0 (25:23, 25:20, 25:19) hesabı ilə qalib gələrək, üçüncü pilləyə yüksəlib.
Qeyd edək ki, komandamız III turda Qazaxıstanla oynayacaq.

1 | Qazaxıstan-2 | 2 | 2 | 0 | 6–1 | 169–130 | 6 |
2 | “Lyaonin” | 2 | 2 | 0 | 6–1 | 168–135 | 6 |
3 | Qazaxıstan | 2 | 2 | 0 | 6–2 | 176–158 | 5 |
4 | Belarus | 2 | 0 | 2 | 2–6 | 150–178 | 1 |
5 | Azərbaycan | 2 | 0 | 2 | 1–6 | 140–166 | 0 |
6 | “Uraloçka-2” | 2 | 0 | 2 | 1–6 | 133–169 | 0 |
0
0