Qazaxıstan və Azərbaycan legionerlərinin fərqi
26.06.2013 - 09:29
Qazaxıstan və Azərbaycan legionerlərinin fərqi
Pavlodarda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən beynəlxalq turnirdə Azərbaycan – Qazaxıstan-2 görüşünün ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 0:3 hesabı ilə uduzduğumuz matçda Perez Sançez bombardir adını qazanıb. Rəqibin 24 yaşlı kubalı legioneri Faiq Qarayevin yetirmələrini 25 dəfə məyus edib.

Millimizin heyətində isə Yana Ağayeva hamıdan çox xal toplayıb. Bizim milliləşdirilmiş voleybolçumuzun 11 zərbəsi dəqiq alınıb. Digər oyunçularımıza gəlincə, Polina Rəhimova 10, Kseniya Kovalenko 9, Odina Əliyeva, Aynur Kərimova və Natəvan Qasımova hərəyə 5 dəfə fərqlənib.

Qeyd edək ki, yığmamız ilk turda Çinin “Lyaonin” klubuna da məğlub olub (1:3).