Serbiya millisində 2 “azərbaycanlı”
26.06.2013 - 10:40
Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Zoran Terziç dünya Qran-prisində güvənəcəyi oyunçuları müəyyənləşdirib.
Rusiyanın “Omiçka” klubunu da çalışdıran mütəxəssis 16 nəfərlik yekun heyətə Azərbaycan Super Liqasından 2 voleybolçunu da daxil edib. Bunlar “Rabitə”nin aparıcı üzvü Nataşa Krsmanoviç və “Lokomotiv”in yeni liberosu Suzana Sebiçdir.
Qeyd edək ki, Serbiya qrup mərhələsində Dominikan Respublikası, Puerto-Rika və Çexiya ilə gücünü yoxlayacaq.

0
0