“Tələbə” olmaq istəmədi, çempionla anlaşdı
26.06.2013 - 12:42
“Tələbə” olmaq istəmədi, çempionla anlaşdı
ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanın “İqtisadçı”ya keçidi alınmayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı oyunçu ilə danışıqlar müsbət yekunlaşsa da, o, son anda müqaviləyə imza atmaqdan imtina edib.

İtaliyanın “Villa Kortese” klubundan ayrılan Klineman yenidən A seriyasında qalmağı üstün tutub. O, ölkə çempionu “Konegliano” ilə 1 illik anlaşıb. Maraqlıdır ki, bundan öncə “İqtisadçı” ABŞ millisinin toppaylayıcısı Karli Lloydun da transferini maraqlı olduğu halda, voleybolçu məhz A seriyasının qalibini seçmişdi.

Qeyd edək ki, Çempionlar Liqasında oynayacaq “tələbələr” hələ baş məşqçisini də seçməyiblər.