Rəqibimizin taleyi öz əlində deyil
26.06.2013 - 14:31
Rəqibimizin taleyi öz əlində deyil
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi Xorvatiya Akdəniz oyunlarında qrup mərhələsinin görüşlərini başa vurub. Apasport.az saytının məlumatına görə, xorvatlar 2 matçdan birini qələbə ilə başa vurublar.

Onlar Fransaya 3:2 (21:25, 25:23, 25:17, 13:25, 15:12) hesabı ilə qalib gəldikləri halda, İtaliyaya 0:3 (15:25, 21:25, 19:25) hesabı ilə uduzublar. Nəticədə 2 xal toplayaraq, qrup ikincisi olan rəqibimizin yarımfinala çıxması Fransa – İtaliya matçından asılıdır. Əgər apenninlilər məğlub olarlarsa, xorvatlar 5-ci yer uğrunda oynamaq məcburiyyətində qalacaqlar.