Yenə qələbə qazana bilmədik - YENİLƏNİB
26.06.2013 - 16:58
Yenə qələbə qazana bilmədik - YENİLƏNİB
Bu gün Qazaxıstanda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən beynəlxalq turnirdə növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk 2 turda məğlubiyyət acısı yaşayan Azərbaycan millisi üçüncü yarış günündə ev sahiblərinin əsas komandası ilə gücünü yoxlayıb.

Oyun komandamız üçün yaxşı başlamayıb. İlk 2 hissəni rəqib aktivinə yazıb. Məğlubiyyətdən nəticə çıxaran voleybolçularımız ardınca görüşdə bərabərlik yaratsalar da, tay-brekdə yenidən Qazaxıstan millisi güclü olub və komandamızın ilk qələbəsini qazanmasına mane imkan verməyib.

AZƏRBAYCAN – QAZAXISTAN – 2:3 (15:25; 20:25; 25:22; 25:21; 10:15)

Günün digər matçlarında “Lyaonin” (Çin) Qazaxıstan-2-ni, Belarus isə “Uraloçka-2”ni (Rusiya) 3:0 ((25:9, 25:20, 25:21); 25:20, 25:12, 25:14) hesabı ilə məğlub edib.

Beləliklə, III turdan sonra “Lyaonin” vahid liderliyə yüksəlib. Millimiz isə aktivinə 1 xal yazsa da, yenə 5-ci yerdə qalıb.

1
“Lyaonin”
3
3
0
9–1
243–185
9
2
Qazaxıstan
3
3
0
9–4
284–253
7
3
Qazaxıstan-2
3
2
1
6–4
219–255
6
4
Belarus    
3
1
2
5–6
225–224
4
5
Azərbaycan   
3
0
3
3–9
235–274
1
6
“Uraloçka-2”  
3
0
3
1–9
179–244
0

Qeyd edək ki, yarışda sabah istirahət günüdür.