Yığmamızın hücumçusu üçün Pavlodarda “31” - FOTO
27.06.2013 - 12:11
Yığmamızın hücumçusu üçün Pavlodarda “31” - FOTO
Pavlodarda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən beynəlxalq turnirdə Azərbaycan – Qazaxıstan görüşünün ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2:3 hesabı ilə uduzduğumuz matçın qəhrəmanı Polina Rəhimova olub.

Hücumçumuz rəqibdən nə az, nə çox 31 xal almağı bacarıb. Millimizin digər voleybolçularına gəlincə, Odina Əliyeva 13, Kseniya Kovalenko 10, Ayşən Abduləzimova 9, Anastasiya Qurbanov 6, Natəvan Qasımova 4, Yana Ağayeva 2 və Oksana Kiselyova 1 xal toplayıb.

Rəqibin heyətində isə Tatyana Mudritskaya, Sana Carlaqasova və Olqa Nasedkina hərəyə 16 dəqiq zərbə ilə məhsuldarlıq nümayiş etdirib.

Qeyd edək ki, yarışda bu gün istirahət günüdür.