Rəqibimiz yarımfinalda
28.06.2013 - 08:57
Rusiyanın I prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunan beynəlxalq voleybol turnirində ilk yarımfinalçı bilinib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan ev sahibləri keçirdikləri hər 2 matçı qələbə ilə başa vuraraq, mərhələ adlayıblar.
İlk görüşdə Yaponiyaya 3:0 (25:16 25:10 25:16) hesabı ilə qalib gələn şimal qonşularımız Kubanı da eyni hesabla məğlub edib – 3:0 (25:23 25:21 25:23). Nəticədə qrup mərhələsinda 6 xal qazanan ruslar yarımfinalda rəqiblərini gözləyirlər. Burada ikinci komanda Kuba – Yaponiya matçında bilinəcək.
Digər qrupda isə İtaliya və Polşanın 3 xalı olduğu halda, Dominikan Respublikası xala həsrətdir.
Qeyd edək ki, Rusiya bu gün apenninlilərlə yoxlama matçı da keçirəcək.

0
0