Yığmamız “Uraloçka-2”yə də uduzaraq, sonuncu pilləyə endi
28.06.2013 - 18:10
Yığmamız “Uraloçka-2”yə də uduzaraq, sonuncu pilləyə endi
Qazaxıstanda qadın voleybolçular arasında ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçirilən beynəlxalq turnirdə IV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk 3 turda məğlubiyyət acısı yaşayan Azərbaycan millisi bu gün də qələbəyə həsrət qalıb.

Komandamız 4-cü matçında Rusiyanın “Uraloçka” klubunun əvəzedicilərinə uduzub. Rəqib hər 3 setdə millimizdən üstün olub. Nəticədə yığmamız 5-ci pillədəki yerini də itirərək, son sıraya enib. Təmsilçimiz sabah son oyununda Avropa çempionatının final mərhələsindəki rəqibi Belarusla üz-üzə gələcək.

“Lyaonin”ə (Çin) qalib gələn Qazaxıstan isə vaxtından öncə çempionluğu bayram edib.

IV tur
AZƏRBAYCAN – “URALOÇKA-2” – 0:3 (23:25; 21:25; 23:25)
Belarus – Qazaxıstan-2 – 3:2 (25:20, 27:29, 20:25, 25:21, 15:8)
Qazaxıstan - “Lyaonin” (Çin) - 3:1 (25:17, 25:23, 12:25, 25:21)


1
Qazaxıstan
5
5
0
15-5
452-408
13
2
“Lyaonin”
4
3
1
10-4
329-272
9
3
Qazaxıstan-2
5
2
3
8-10
391-398
7
4
Belarus    
4
2
2
8-8
332-324
6
5
“Uraloçka-2”  
4
1
3
4-9
254-311
3
6
Azərbaycan   
4
0
4
3-12
302-349
1