İtaliyalı klub rəsmisi: Azərbaycanlıları ciddiyə almalıyıq
29.06.2013 - 11:47
İtaliyalı klub rəsmisi: Azərbaycanlıları ciddiyə almalıyıq
“Qrupumuz çətindir. Ancaq başqa şey gözləmək də olmazdı. Axı, bu, dünyanın ən samballı klub turniri olan Çempionlar Liqasıdır”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” voleybol klubunun baş direktoru Massimo Aldera deyib.

Dünən Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatma mərasimində iştirak edən Aldera qrupda rəqiblərin hər biri ilə çətin oyunun onları gözlədiyini bildirib: “Qrupumuzda asan oyun yoxdur. Ancaq biz buna hazır olmalıyıq. Bütün rəqibləri ciddiyə almalı və qrupdan növbəti mərhələyə çıxmalıyıq”.

Qeyd edək ki, “Yamamay”ın rəqibləri ölkəmizi təmsil edən “Azəryol”, Türkiyənin “Qalatasaray” və İtaliyanın digər klubu “Konelyano”dur.