Bolqarıstan yığmasına Azərbaycandan oyunçu çağırıldı
29.06.2013 - 15:14
 Bolqarıstan yığmasına Azərbaycandan oyunçu çağırıldı
“Rabitə”nin sabiq italiyalı çalışdırıcısı Marçello Abbondantsa Bolqarıstan yığmasının heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çinin Makao muxtar vilayətində avqustun 2-dən 4-dək keçiriləcək dünya Qran-Prisi üçün Bakı “Lokomotiv”indən Mariya Filipovaya da dəvət göndərilib.

Qeyd edək ki, Filipova bu ay baş tutmuş Avroliqa oyunları zamanı da Bolqarıstan yığmasından dəvət almışdı.