Olimpiya çempionu: Qoy, Bakıda məndən inciməsinlər
01.07.2013 - 09:03
Olimpiya çempionu: Qoy, Bakıda məndən inciməsinlər
“Faiq Qarayevin qarşısında çox pis vəziyyətdə qaldım. O, mənə əla təklif etdi. Ancaq mən sizin kimi ona da eyni cavabı verməli olaraq, karyeramı bərpa etməli olduğumu dedim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının sabiq voleybolçusu “Sport-Ekspress” qəzetinə müsahibəsində İrina Kirillova deyib. “Azəryol” (keçmiş “Azərreyl”) baş məşqçi axtarışında olan zamanı Covanni Kapraraya dəvət göndərmişdi. Ona isə həyat yoldaşı olan Kirillova kömək etməli idi. Ancaq italiyalı mütəxəssis vətənində “Pyaçentsa” klubunda qaldığından, “Uraloçka”nın 48 yaşlı oynayan məşqçisinin də ölkəmizə gəlişi baş tutmadı.

Kirillova onlar üçün ailənin birinci yerdə olduğunu bildirib: “Bakıda isə italyan dilli məktəb yoxdur. Yəqin ki, Nika fransız, yaxud ingilis dilini asan mənimsəyərdi. Onlar səfirliyin işçilərinin uşaqlarına tədris olunur. Ancaq sonradan o, yenidən yazılı italyan dilini yada salmalı idi. Bu, həddən artıq böyük problemdir”.

1988-ci ildə Sel Olimpidasının qalibi olan təcrübəli oyunçu ümumilikdə 2 variantlarının olduğunu deyib: “Ya Canni Bakıya tək yollanırdı, ya da ümumiyyətlə, getmirdi. O, ailədən ayrılmaq istəmədi. Üstəlik, “Pyaçentsa”nın rəhbərliyi da əlini yana salıb oturmurdu. Klubda həyat yoldaşımın istədiyi hər şeyi edirdilər. Hərçənd yaxşı insan olan Qarayevin xətrinə dəydik. Qoy, Bakıda məndən inciməsinlər”.