Favorit açıqlandı
02.07.2013 - 09:30
Favorit açıqlandı
“Püşkün nəticəsinə əsasən “Dinamo” çox çətin qrupa düşüb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dinamo” (Moskva) klubunun voleybolçusu Natalya Obmoçayeva deyib.

Çempionlar Liqasının qrup mərhələsində “İqtisadçı”nın rəqibi olan şimallıların hücumçusu İtaliya “Pyaçentsa”sı və Serbiya “Srvena Zvezda”sınln da yer aldığı qrupu dəyərləndirib. Obmoçayeva qrupun favoritini açıqlayıb: Qrupumuzun əsas favoriti “Pyaçentsa”dır. Bu komandanı Covanni Kaprara çalışdırır. Son mövsümdə onun rəhbərliyi altında İtaliyada dubl ediblər”.