ABŞ yığmasının sabiq üzvü “Rabitə”də - FOTOSESSİYA
04.07.2013 - 11:31
“Rabitə” daha bir voleybolçunun transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ABŞ yığmasının sabiq üzvü Britni Kuperi heyətinə qatıb. Blokçu ilə 3 illik müqavilə imzalanıb. Kuper 3,30 m hündürlükdə blok tuta bilir. Bundan başqa 3,37 m-dən zərbələri qaytarmaq qabiliyyətinə malikdir. Voleybolçu bu göstəricidə dünyanın 3 ən yaxşısından biridir.
Qeyd edək ki, Britni 2008-09-cu illərdə ABŞ-ın 2-ci yığmasının şərəfini qoruyub.
Qeyd edək ki, Britni 2008-09-cu illərdə ABŞ-ın 2-ci yığmasının şərəfini qoruyub.
0
0