Gələcəyin 2 ulduzu Bakı klubunu seçdi
06.07.2013 - 13:11
Gələcəyin 2 ulduzu Bakı klubunu seçdi
“Telekom” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, gənc voleybolçulara üstünlük verən Bakı klubu daha 2 perspektivli oyunçu ilə anlaşıb.

Bunlar amerikalı Hayley Spelman və Monique Meaddir. Hər 2 voleybolçunun cəmi 22 yaşı var. Onlardan Spelman 200, Mead 178 sm boya malikdir. Mütəxəssislər bu oyunçuların tezliklə dünyanın ən yaxşıları olacaqlarını proqnozlaşdırır. Məhz bu səbəbdən də “Telekom” Spelman və Meadla 1 illik deyil, 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, yeni mövsümdə daha iddialı olacaq bakılılar amerikalılardan öncə kubalı Yudit Pumarieqa de Leon və ispaniyalı Cessika Riveronu da rənglərinə bağlayıb.