Yığmamızın hücumçusunun planları
08.07.2013 - 17:03
Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiyanın “Omiçka”nın yeni mövsüm üçün planları açıqlanıb. Apasport.az saytının məlumatına görə, buna ölkə çempionatının təqvimi tam müəyyənləşdikdən sonra tam aydınlıq gəlib.
Belə ki, Bu il Çempionlar Liqasında da debüt edəcək Omsk təmsilçisi iyulun 15-də hazırlıqlara start verib. Avqustda Sloveniyaya yollanacaq. Bu ölkədə toplanış keçdikdən sonra Rusiyaya qayıdacaq.
Çempionatın təqviminə əsasən isə “Omiçka” ilk oyununu sentyabrın 23-sə səfərdə keçirəcək. İlk ev oyununu 3-cü turda Saratov təmsilçisi “Proton”la keçirəcək Natalya və komandası bu matça oktyabrın 11-də çıxacaq. Həmin qarşılaşma xeyriyyə xarakteri daşıyacaq. Bilet satışından əldə olunan gəlir müalicəsinə böyük məbləğ tələb olunan uşaqlara yardım üçün xərclənəcək.
Qeyd edək ki, Rusiya çempionatının əsas mərhələsi aprelin 14-də başa çatacaq. 22 turdan sonra pley-off mərhələsi start götürəcək. Bu mərhələ isə aprelin 20-dən mayın 18-dək keçiriləcək.

0
0