Azərbaycan kubokunun sahibi müəyyənləşdi
22.07.2013 - 16:24
Çimərlik voleybolu üzrə kişilər arasında Azərbaycan Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 12 komandanın iştirakı ilə keçirilən yarışın qalibi adını “Jaguar” komandası qazanıb.
Finalda “Aztelekom-2”yə 2:0 hesabı ilə qalib gələn komanda Azərbaycan kubokunda qızıl medalların sahibi olub. III yerin sahibi isə “Aztelekom-1” və “Aztelekom-3” komandaları arasında keçirilən görüşdə müəyyənləşib. “Aztelekom-1” 2:0 hesabı ilə qalib gələrək III pilləyə yüksəlib. İlk 3 yeri tutan komandalara sponsorlar tərəfindən qiymətli hədiyyələr verilib.

0
0