Azərbaycan çempionundan yeni transfer
26.07.2013 - 08:41
 Azərbaycan çempionundan yeni transfer
Yeni mövsümdə növbəti titullarını qazanmaq iddiasında olan “Rabitə” daha bir transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu ABŞ millisinin liberosu Kayla Banvartı rənglərinə bağlayıb.

24 yaşlı voleybolçu ilə Bakı təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. Almaniyanın “Dresdner” klubundan transfer olunun 177 sm boya malik Banvart 2011-ci ilin yanvarından millisinin şərəfini qoruyur. O, ABŞ yığmasında 2 dəfə Panamerika Oyunlarının qalibi (2012, 2013), 1 dəfə bürünc mükafatçısı (2011) olub. Kayla həmçinin ABŞ kubokunu da (2012) başı üzərinə qaldırıb.