Millimizin kapitanı zədələndi
26.07.2013 - 10:02
Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin voleybolçusu Oksana Parxomenko yenidən zədələnib. Apasport.az saytının məlumatına görə, ötən mövsümün sonlarında meydana qayıdan 29 yaşlı kapitan Türkiyə yığması ilə yoxlama matçını vaxtından əvvəl tərk etməli olub.
Belə ki, 0:3 hesabı ilə uduzduğumuz görüşün gedişində Parxomenko zədə alıb. Yoxlanışdan sonra Oksananın ən azı 2 həftə komandasının hazırlığında iştirak edə bilməyəcəyi məlum olub. Onun meniskində problem yaranıb.
Qeyd edək ki, bu, kapitanımızın köhnə zədəsi deyil və digər ayağındadır.

0
0