Yığmamızın baş məşqçisi müqavilədən sonra sevindi - FOTO
26.07.2013 - 16:42
“Acibadem Sağlik Grubu” Azərbaycan Voleybol Federasiyası (AVF) ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin məşhur brendi bundan sonra qadınlardan ibarət yığmamızın sağlamlığına nəzarət edəcək.
Qonşu ölkədə hazırlıq keçən Azərbaycan millisi və AVF-nın vitse-prezidenti Faiq Qarayev bu məqsədlə “Acibadem Fulya Hastanesi Sporcu Sağliq Mərkəzi”ni də ziyarət edib. Yeni sponsorun rəhbərlərindən və mütəxəssislərindən məlumat alan Qarayev bildirib ki, burada tətbiq olunan müalicə üsulları və səhiyyə texnologiyaları yüksək standartlara cavab verir: “Acibadem Sağlik Grubu” bizim sponsorumuz oldu və buna görə çox şadıq. Mütəxəssislərdən aldığım məlumatlarla burada göstərilən xidmətin necə yüksək səviyyədə göstərildiyinin bir daha şahidi oldum. Bu sponsorluğun qadınlardan ibarət Azərbaycan millisinə çox böyük xeyri olacağını düşünürəm”.
Ziyarətdə 1 gün öncə Türkiyə yığması ilə yoxlama matçında zədələnən Oksana Parxomenkonun da müayinəsi olub. Fizik müalicə mütəxəssisi və idman həkimi Tolga Aydoğ tərəfindən edilən müayinədən dərhal sonra millimizin kapitanı müalicə və reabilitasiya prosesinə başlayıb.
Qeyd edək ki, “Acibadem Sağlik Grubu” Azərbaycanın “Bakı” və “Qəbələ” klublarının da sağlamlıq tərəfdaşıdır.

0
0