Yığmamız yenə uduzdu
27.07.2013 - 11:10
Yığmamız yenə uduzdu
Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyədə növbəti yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”la qarşılaşan Faiq Qarayevin yetirmələri yenə məğlubiyyətə üzülüblər.

Bir gün əvvəl meydan sahiblərinə 3 setdə (17:25, 15:25, 19:25) uduzan komandamız bu dəfə darmadağından qaçıb. Millimiz 2-ci setdə bərabərliyə nail olsa da, sonda yenilib – 1:3 (19:25, 25:20, 19:25, 24:26).