Bakı klubunda 3 müqavilə - FOTO
29.07.2013 - 08:55
Bakı klubunda 3 müqavilə - FOTO
İlk dəfə Çempionlar Liqasında mübarizə aparacaq “İqtisadçı” voleybol komandası heyətini komplektləşdirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Onuma Sittirakın ardından Tailand millisinin daha 3 üzvünü komandada saxlayıb.

Belə ki, ötən il “tələbələr”in gümüş medal qazanmasında pay sahibi olan Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva yeni mövsümdə də “İqtisadçı”nın şərəfini qoruyacaq. Onların hər üçü ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bakı klubu onlardan öncə Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya), Kim Vilouqbi, Ariel Uilson (hər ikisi ABŞ) və Lenka Dürrü (Almaniya) transfer edib.