Fransadan Azərbaycana - FOTO
29.07.2013 - 09:51
Fransadan Azərbaycana - FOTO
“Telekom” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, gənc və perspektivli voleybolçulara üstünlük verən Bakı təmsilçisi amerikalı Kersti Ceksonu da sıralarına qatıb.

23 yaşı sentyabrda olacaq oyunçu Fransanın “Quimper” klubundan transfer olunub. Onunla 3 illik müqavilə imzalanıb.

Cekson bu ilin mayından millisinə çağırılmağa da başlayıb. İyulun 13-də ABŞ kubokunun finalında Yaponiya ilə matçda debüt edən blokçu komandasının hesabına 10 xal yazaraq, çempionluğunda pay sahibi də olub (3:2).

Qeyd edək ki, “Telekom” Kerstidən öncə Hayley Spelman, Monique Mead (hər ikisi ABŞ), Yudit Pumarieqa de Leon (Kuba) və Cessika Riveronu (İspaniya) da heyətinə qatıb.