“Ştutqart”ın sabiq üzvü Azərbaycanda oynayacaq
29.07.2013 - 11:56
2013/2014 mövsümündə qarşısına ciddi məqsədlər qoyan “Azəryol” növbəti transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, braziliyalı Ancelo Vercesinin çalışdıracağı komanda bu dəfə Azərbaycan üçün tanış sima – Lora Kitipovanı rənglərinə bağlayıb.
1 mövsüm öncə gününü “İqtisadçı”nın ehtiyat oyunçular skamyasında keçirən 22 yaşlı bolqarıstanlı ilə 1 illik müqavilə imzalanıb. 183 sm boya malik voleybolçu Almaniyanın “Ştutqart” komandasından gəlib. O, buraya məhz “universitet komandası”ndan getmişdi və hazırda əvvəlki formasını bir qədər yaxşılaşdırıb.
Qeyd edək ki, “Azəryol” daha öncə Cessika Cons, Tom Loqan (hər ikisi ABŞ), Lizvel Eliza Eve-Kastilyo (Dominikan Respublikası), Polina Rəhimova, Oksana Parxomenko, Kseniya Kovelenko, Yana Ağayeva, Odina Əliyeva və Valeriya Korotenko (hamısı Azərbaycan) ilə də müqavilə bağlayıb.

0
0