“Bizimkilər” Serbiya millisinin yekun heyətində
29.07.2013 - 12:19
“Bizimkilər” Serbiya millisinin yekun heyətində
Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Zoran Terziç dünya Qran-prisində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Rusiyanın “Omiçka” klubunu da çalışdıran mütəxəssis yekun “12-liy”ə Azərbaycan Super Liqasından 2 voleybolçunu da daxil edib. Bunlar “Rabitə”nin blokçusu Nataşa Krsmanoviç və “Lokomotiv”in yeni liberosu Suzana Sebiçdir.

Qeyd edək ki, Serbiya qrup mərhələsində Dominikan Respublikası, Puerto-Rika və Çexiya ilə gücünü yoxlayacaq.