Çexiyalı karyerasını Bakıda bitirdi
29.07.2013 - 14:33
Çexiyalı karyerasını Bakıda bitirdi
Çexiya millisinin voleybolçusu Vendula Adlerova karyerasını Azərbaycanda bitirdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2012/2013 mövsümündə “Bakı-Azəryol”un (indiki “Azərreyl”) şərəfini qoruyan 29 yaşlı oyunçu yeni ildən vaxtını ailəsi ilə birgə keçirəcəyini deyib.

Adlerova legioner həyatı yaşadığı Fransa və Almaniyada titul qazansa da, Bakı təmsilçisi hansısa medal qazana bilməyib.

Qeyd edək ki, Venduladan öncə “Bakı-Azəryol”un amerikalı voleybolçusu Tamas Cennifer da karyerasını bitirmişdi.