Gümüş mükafatçılarımız Türkiyədə oynayacaqlar - FOTO
01.08.2013 - 17:53
Qadın voleybolçular arasında dünya Qran-prisinin startına 1 gün qalmış Tailand yığmasının da yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, əsasını “İqtisadçı”nın voleybolçuları təşkil edən komanda yarışa 12 oyunçu ilə qatılacaq.
Onlardan 6-sı - Onuma Sittirak, Nutsara Tomkom, Vilavan Apinyaponq, Amporn Hyafa, Pleumjit Zinkaov və Malika Kanzonq son mövsümdə “tələbələr”lə Super Liqanın gümüş medalını qazananlardır. Amma Bakı klubunun heyətindən Ankarada baş tutacaq ilk mərhələdə Türkiyə, Yaponiya və Əlcəzairlə görüşlərə qeyri-müəyyən səbəbdən Vanna Buakeva aparılmayıb.
Qeyd edək ki, “İqtisadçı” bu voleybolçulardan Sittirak, Apinyaponq, Zinkaov və Buakeva ilə 2013/2014 mövsümü üçün yeni müqavilə imzalayıb.

0
0