“Azərbaycanda mənim üçün hər şey əla idi” - FOTO
02.08.2013 - 13:50
“Telekom”un sabiq voleybolçusu Xristina Ruseva Azərbaycandan gedişinin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı klubuna İtaliyadan gəlib və buradan da oraya qayıdan 22 yaşlı bolqarıstanlı arzusunu reallaşdırdığını deyib.
Belə ki, “Telekom”un əsas heyətində möhkəmlənib, lazımı oyun təcrübəsi qazanması onun köməyinə gəlib. Ruseva bildirib ki, artıq “Modena”da ehtiyatda qalmaq barədə fikirləşmir: “Bu kluba keçidimə görə çox şadam. Lakin ötən mövsüm oynadığım Azərbaycanda da mənim üçün hər şey əla idi. İndi İtaliyaya daim əsas heyətdə oynamaq üçün böyük iddialarla qayıdıram. Burada daha çox şey öyrənib, istənilən vəziyyətlə üzləşmək niyyətindəyəm. İtaliya çempionatında çox səviyyəli oyunçular var. Yeni komandamda Françeska Piççinini, Paola Kardulo və Yuliya Rondon kimi ulduzlarla birgə çıxış edəcəyəm”.
Qeyd edək ki, Xristina “Telekom”a “Foppapedretti”dən gəlmişdi.

0
0