4 qat Azərbaycan çempionu İsveçrə klubunda - FOTO
05.08.2013 - 15:31
4 qat Azərbaycan çempionu İsveçrə klubunda - FOTO
4 qat Azərbaycan çempionu Mira Qoluboviçin karyerasını davam etdirəcəyi komanda məlum olub. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin 37 yaşlı sabiq voleybolçusu İsveçrə çempionatında oynayacaq.

O, bu ölkənin məşhur “Volero” klubu ilə anlaşaraq, 1 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, serbiyalı oyunçu “Rabitə”yə 2010-cu ildə pley-off mərhələsində gəlmişdi və onunla ardıcıl 4 dəfə Super Liqanın qızıl medallarını qazanıb. Eyni zamanda, komandanın kapitanı olmuş Mira Bakı təmsilçisinin heyətində klublararası dünya çempionatının qalibi, mundialın 1 və Çempionlar Liqasının 2 dəfə vitse-çempionu olub.