“Azəryol” növbəti rəsmi müqaviləyə hazırlaşır
27.08.2013 - 09:16
“Azəryol” növbəti transferini rəsmiləşdirmək üzrədir. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı amerikalı Meqan Hodju heyətində saxlamaq arzusundadır.
Artıq 24 yaşlı ulduzla danışıqlar yekunlaşmaq üzrədir. Əgər yeni müqavilə şərtlərində hansısa problem yaranmasa, 191 sm boya malik Hodj yenidən 1 il “Azəryol”un şərəfini qoruyacaq.
Qeyd edək ki, paytaxt təmsilçisi daha öncə Çyara di Yulio (İtaliya), Cennifer Doris, Tom Loqan (hər ikisi ABŞ), Lizvel Eliza Eve-Kastilyo (Dominikan Respublikası), Lora Kitipova (Bolqarıstan), Polina Rəhimova, Oksana Parxomenko, Kseniya Kovelenko, Yana Ağayeva, Odina Əliyeva, Natəvan Qasımova və Valeriya Korotenko (hamısı Azərbaycan) ilə də müqavilə bağlayıb. Bu arada amerikalı Cessika Consun isə “Azəryol”da deyil, “Azərreyl”də oynayacağı bildirilir.

0
0