Bakıda medal qazanıb, millimizlə oyuna gəlir - SİYAHI
28.08.2013 - 08:25
Qadın voleybolçulardan ibarət Xorvatiya millisi sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçirəcək Avropa çempionatı üçün yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilə eyni qrupda yer alan komandanın baş məşqçisi İqor Lovrinov Drezdenə aparacağı oyunçuları müəyyənləşdirib.
O, Sloveniyada təlim-məşq toplanışının son mərhələsinin gedişində yetirmələrindən ikisini – Antoniya Kaleb və Marina Miletiçi evlərinə yola salıb. Ardınca isə heyəti açıqlayan Lovrinov kapitan sarğısını yenidən Popoviçin daşıyacağını bildirib. Beləliklə, xorvatların “12-liyi” aşağıdakı kimidir:
Toppaylayıcılar: Ana Qrbaç, Bernarda Brciç
Hücumçular: Sanya Popoviç, Senna Usiç-Yoquniça, Mira Topiç, Mia Jerkov, Yelena Alajbeq
Blokçular: Maya Polyak, Bernarda Çutuk, İvana Miloş, Samanta Fabris
Libero: Martina Maleviç
Bu voleybolçulardan isə Miloş Azərbaycan idmansevərləri üçün yaxşı tanışdır. “İqtisadçı” ilə Super Liqanın bürünc medalını qazanan xorvat “Lokomotiv”lə “Çelenc Cup”ı başı üzərinə qaldırıb.
Qeyd edək ki, xorvatlardan öncə Rusiya da C qrupunun oyunları baş tutacaq Drezdenə aparacağı heyəti açıqlayıb. Onlardan fərqli, Azərbaycan və Belarus hələ “12-liyi” müəyyənləşdirməyib.

0
0