Azərbaycan çempionu Fransa A2 liqasında - FOTO
28.08.2013 - 09:56
Azərbaycan çempionu Fransa A2 liqasında - FOTO
Azərbaycan çempionu Aleksandra Fomina özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı ukraynalı voleybolçu yenidən Fransaya qayıdıb.

Belə ki, “Rabitə”nin xidmətində maraqlı olmadığı Fomina bu ölkənin A2 liqasında oynayacaq. Kifayət qədər titulun sahibi, Bakı klubu ilə Çempionlar Liqasının və klublararası dünya çempionatının da gümüş medalını qazanan libero “Mougins”lə anlaşaraq, 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ukrayna ilə bərabər, Fransa vətəndaşlığını da daşıyan Fomina “Rabitə”yə “Kann”dan gəlmişdi.