“Azərbaycan millisi ilə şansımız bərabər ola bilər” - MÜSAHİBƏ
28.08.2013 - 11:10
Qadın voleybolçulardan ibarət Belarus millisinin baş məşqçisi Viktor Qonçarov yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçiriləcək Avropa çempionatına hazırlıqdan danışıb, qrup mərhələsində oynayacaqları Azərbaycan, Rusiya və Xorvatiya millilərini dəyərləndirib.
- Avropa çempionatının final mərhələsinə hazırlıq necə gedir?
- Hazırlığa avqustun 1-dən başlamışıq. Təlim-məşq toplanışına Staykada başladıq, Raubiçidə davam etdirdik. Səfərdə Belçika millisi ilə 3 matçda gücümüzü yoxladıq. Polşada keçəcəyimiz sonuncu təlim-məşq toplanışında 2 turnir və 1 neçə yoxlama matçı da nəzərdə tutulub. Sentyabrın 4-də Drezdendə olmalıyıq. Orada 2 gün sonra Rusiya ilə matçla qrup mərhələsinə başlayacağıq. Həmçinin, Azərbaycan və Xorvatiya ilə oynayacağıq. Bu qrupun matçlarının nə dərəcədə gərgin olacağını da demək çətindir. Bütün komandalar vaxtı ilə Avropa çempionatının final mərhələsində oynayıblar.
- Avropa çempionatında şanslarınızı necə qiymətləndirirsiz?
- Əlbəttə, Rusiya ilə matç çox çətin olacaq. Çünki onların reytinqi və təcrübəsi yüksəkdir. Rusiya Super Liqasında oynayırlar və pulları da var. Bunun üçün də oyunçu seçimi baxımından çətinlik çəkmirlər. Son vaxtlar Azərbaycanla təsnifat mərhələlərində tez-tez qarşılaşırıq. Bu, dünya və Avropa çempionatlarının seçmə mərhələsində olur. Bir dəfə onlara qalib gəlmişik, qalan görüşlərdə hələlik üstünlük Azərbaycan yığmasındadı. Bu yaxınlarda Nazarbayevin şərəfinə keçirilən yarışda onları məğlub etdik. Azərbaycan millisinin 4, bizimsə 3 aparıcı voleybolçumuz oynamırdı. Buna görə də hesab edirəm ki, Avropa çempionatının final mərhələsində şanslar bərabər ola bilər. Xorvatiya millisinə gəlincə, onları gözlənilməz rəqib saymaq olar. Heyətlərində çoxlu təcrübəli oyunçular var və Polşa, Rusiya, İtaliya çempionatlarında çıxış edirlər. Xorvatlar bütün təşkilati və maliyyə məsələlərini həll etsələr, çox güclü komanda yığacaqlar. Nəticədə isə ən yüksək yerlərə iddia edə bilərlər. Yekunlaşdırsaq, ya Azərbaycanı, ya da Xorvatiya ilə matçı udub, növbəti mərhələyə çıxmaq lazımdır.
- Voleybolçuların hazırda fiziki forması necədir?
- Əlbəttə, istərdim ki, fiziki formaları bir az da yaxşı olsun. Oyunçuların çoxu məzuniyyətdə olub: bəziləri məşq edib, digərləri yox. 1 ay ərzində heç bir çalışdırıcı bütün oyunçuları optimal formaya çatdıra bilməz. Təbii ki, hansısa hazırlıq mərhələsinə biz çatacağıq. Məzuniyyətdən sonra ilk növbədə texniki, taktiki hazırlığa fikir verilir. Bu zaman məşqlərdə tullananda isə qızlarda zədələr əmələ gəlib. Bizim yüksək səviyyəli həkimlərimiz əlindən gələn hər şeyi edirlər ki, onlar final mərhələsində optimal formada olsunlar. İndi gündə 2 dəfəyə 5-5,5 saat məşq edirik. Mən bir məşqçi kimi yetirmələrimə hazırda daha çox funksional yükləmələr verməliyəm. Amma zədələrlə bağlı məcbur olub digər təmrinləri icra etdirirəm.
- Avropa çempionatına aparacağınız heyət məlumdurmu?
- Hazırda məşqlərdə 16 oyunçu iştirak edir ki, onlardan 14-nü Drezdenə gedəcək. Təbii ki, mənə kimisə komandadan ayırmaq çətindir.

0
0